Modern.az

Bakıda ana və qızı döyüldü - Biri öldü

Bakıda ana və qızı döyüldü - Biri öldü

Hadisə

1 Noyabr 2023, 10:16

Bakıda kişi qonşusunu yumruqla vuraraq öldürüb.

 

Modern.az xəbər verir ki, hadisə oktyabrın 30-da Nəsimi rayon Ağadadaş Qurbanov küçəsi 21 ünvanında baş verib.

 

Belə ki, həmin gün saat 23:00 radələrində 1969-cu il təvəllüdlü Səttərov Sayruz Hidayət oğlu aralarında yaranmış mübahisə nəticəsində qonşuları - Bakı şəhəri, Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsi 21 ünvanında kirayədə yaşayan 1959-cu il təvəllüdlü Çabanova Marina Yevgeyevna və qızı 1987-ci il təvəllüdlü Vəliyeva Nərminə Mayis qızının sifət nahiyəsinə yumruqla xəsarətlər yetirmiş və həmin xəsarətlərin təsirindən huşunu itirən Marina Çabanova oktyabrın 31-də saat 09:00 radələrində ayıldıqdan sonra qızı Nərminə Vəliyevanı yataq otağında döşəmənin üzərində ölmüş vəziyyətdə aşkar edib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb, Sayruz Səttərov şübhəli şəxs kimi tutulub.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?