Modern.az

Tapança ilə qətl törədən şəxs polisə təslim oldu

Tapança ilə qətl törədən şəxs polisə təslim oldu

Hadisə

1 Noyabr 2023, 17:30

Noyabrın 1-də saat 16 radələrində Xəzər rayonu Şağan qəsəbəsi ərazisində 1970-ci il təvəllüdlü Abdullayev Cavanşir Ruhulla oğlunun “Revolver” tipli tapança ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Xudaverdiyev Pərviz Cabir oğlu saxlanılıb.

 

O, polisə gələrək təslim olub.

 

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?