Modern.az

Narkotikin təsiri altında "Galendewagen" sürdü - Polis yaxaladı

Narkotikin təsiri altında

Hadisə

3 Noyabr 2023, 16:06

Qaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü müəyyən olunub.

 

Modern.az DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupuna istinadən xəbər verir ki, Qax RPŞ-nin DYP Bölməsi Gəncə sakini Tural Məmmədovun idarə etdiyi “Mercedes Galendewagen” markalı avtomobili nəzarət-yoxlama qaydasında saxlayıb.

 

Yoxlama zamanı sürücünün əməllərində sərxoşluq əlamətləri hiss edildiyindən o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən onun narkotik vasitə qəbul etdiyi sübuta yetirilib.

 

Tural Məmmədov barəsində toplanmış materiallar məhkəməyə göndərilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?