Modern.az

Bakıda qardaşlar oğurluğa görə tutuldu

Bakıda qardaşlar oğurluğa görə tutuldu

Hadisə

4 Noyabr 2023, 10:52

Bakıda mağazadan oğurluq edilib.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mağazaların birindən mobil telefonlar oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri Sadiq Abdullayev və qardaşı Orxan müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?