Modern.az

Tərtərdə mina PARTLADI - Yaralı var

Tərtərdə mina PARTLADI - Yaralı var

Hadisə

5 Noyabr 2023, 13:06

Noyabrın 5-də saat 12:00 radələrində Tərtər rayonu Təpəkənd kəndinin minalardan təmizlənməyən ərazisində mina partlayışı baş verməsi ilə bağlı polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətinin regional qrupundan Modern.az-a bildirilib ki, rayonun Seyidimli kənd sakini, 1960-cı il təvəllüdlü Hüseynov Asif Novruz oğlu ayağından xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

"Bir daha vətəndaşları minalardan təmizlənməyən ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırırıq",- deyə məlumatda vurğulanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?