Modern.az

Zəngilanda qəzada ölən və yaralananlar var - YENİLƏNİB

Zəngilanda qəzada ölən və yaralananlar var - YENİLƏNİB

5 Noyabr 2023, 18:41

Zəngilan ərazisində baş vermiş avtomobil qəzası nəticəsində xəsarət alanların adları məlum olub.

 

Modern.az-ın xəbərinə görə, "Pikap" tipli avtomobilin yük maşını ilə toqquşması nəticəsində 45-50 yaşlarında kişi hadisə yerində dünyasını dəyişib.

 

Avtoqəzada, 1995-ci il təvəllüdlü Vüsal İsmayılzadə, Natiq Bayramov, Emin İbrahimov və daha bir nəfər xəsarət alıb.

 

Zərərçəkmişlər xəstəxanaya yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

 

***

18:27

 

Zəngilanda ölümlə nəticələn ağır yol qəzası baş verib.

 

Modern.az-ın xəbərinə görə, hadisə rayonun Ağalı kəndində qeydə alınıb.

 

Hərəkətdə olan "Mitsubishi" markalı minik avtomobili ilə qoşqulu "Kamaz" markalı yük maşını toqquşub.

 

Qəza zamanı minik avtomobilinin sərnişinlərindən biri hadisə yerində ölüb, 4 nəfər isə xəsarət alıb. Xəsarət alanlar minik avtomobilinin sürücüsü Emin İbarahimov və sərnişinlər - Natiq Bayramov, Vüsal İsmayılzadə və Təbriz adlı şəxslərdir.

 

Qeyd edək ki qəza düşənlər işğaldan azad edilən ərazidə fəaliyyət göstərən şirkətlərin birinin əməkdaşlarıdır.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB