Modern.az

Şuşada 5 nəfərin yanaraq öldüyü qəzanın DETALLARI

Şuşada 5 nəfərin yanaraq öldüyü qəzanın DETALLARI

Hadisə

6 Noyabr 2023, 11:04

Şuşada avtomobil aşaraq yanıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Bərdə Regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, noyabrın 4-də Elvin Abbasovun idarə etdiyi "Nissan Navara" markalı avtomobil idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq aşıb və yanğın baş verib.

 

Nəticədə avtomobildə olan sərnişinlər Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər. Qəza ilə əlaqədar Şuşa Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

 

Hazırda istintaq davam etdirilir. Qəzaya düşənlər işğaldan azad edilən ərazidə fəaliyyət göstərən yol tikinti şirkətlərinin birinin əməkdaşlarıdır.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?