Modern.az

“Mercedes” dərəyə aşdı - Ata və oğlu öldü

“Mercedes” dərəyə aşdı - Ata və oğlu öldü

6 Noyabr 2023, 11:12

Noyabrın 6-sı saat 09:30 radələrində Ağsu dolaylarında Həsən Həsənlinin idarə etdiyi “Mercedes” markalı avtomobil dərəyə aşıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a bildirilib ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan sərnişinlər – 1974-cü il təvəllüdlü Xangəldiyev Əmir Ağaxan oğlu və onun 2008-ci il təvəllüdlü oğlu M.Xangəldiyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?