Modern.az

Polis Qusarda əməliyyat keçirdi - 5 nəfər saxlanıldı

Polis Qusarda əməliyyat keçirdi - 5 nəfər saxlanıldı

6 Noyabr 2023, 12:54

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib.

 

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan Modern.az verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən ümumilikdə 5 nəfər saxlanılıb. Onlar rayon sakinləri Renad Vəlimətov, Samiddin İsabalayev, Zamir Şixəliyev, Namik Ağabəyov və Quba rayon sakini Ramil Abdurəhmanovdur.

 

Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana, heroin və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

 

Faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?