Bakıda yol-nəqliyyat hadisəsi olub, nəticədə avtomobillərin hərəkətində çətinlik yaranıb.
Modern.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, “Gənclik” metrostansiyası yaxınlığında baş verib.
Belə ki, “Maserati” və “Toyota Prius” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində hər iki avtomobilə ziyan dəyib.
Ölən və xəsarət alanlar barədə məlumat yoxdur.
Qeyd edək ki, bir neçə gün öncə Bakının mərkəzində “Ferrari” və “Toyota Prius” markalı avtomobillərin toqquşması ilə nəticələnən hadisə geniş müzakirələrə səbəb olmuşdu.