Modern.az

Xaçmazda evdə YANĞIN

Xaçmazda evdə YANĞIN

Hadisə

8 Noyabr 2023, 08:27

Xaçmaz rayonunda evdə yanğın olub.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

Qeyd olunub ki, Xaçmaz rayonunun Hacıisaoba kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin aynabəndinin yanar konstruksiyaları 30 m² sahədə və dam örtüyü 45 m² sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?