Modern.az

KİA velosipedçini vurub öldürdü

KİA velosipedçini vurub öldürdü

8 Noyabr 2023, 23:20

İmişli rayonunda yol nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində velosiped sürən gənc hadisə yerində ölüb.

 

Modern.az xəbər verir ki, hadisə saat 20 radələrində Hacıqabul-Horadiz-Mincivan avtomobil yolunun İmişli rayonu Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

2005-ci il təvəllüdlü Gülmalıyev İsmayıl Ağabala oğlu velosipedlə hərəkətdə olarkən KİA markalı avtomobil tərəfindən vurulub. Velosipedçi hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, ölən gəncin atası da bir neçə il əvvəl velosiped sürərkən yol qəzası nəticəsində dünyasını dəyişib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu