Modern.az

Bakıda hədə-qorxu ilə pul tələb edən şəxs yaxalandı

Bakıda hədə-qorxu ilə pul tələb edən şəxs yaxalandı

9 Noyabr 2023, 11:17

Bakı sakini polis orqanına müraciət edərək, naməlum şəxsin onun videogörüntülərini sosial şəbəkədə yayacağı ilə hədələyib 1170 manatını aldığını bildirib.


Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.


Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan müraciət əsasında keçirdikləri əməliyyat tədbirləri ilə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Qobustan rayon sakini Nail Rəcəbov müəyyən olunaraq saxlanılıb.


Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu