Modern.az

Samux sakini həmkəndlisini bıçaqladı

Samux sakini həmkəndlisini bıçaqladı

Hadisə

9 Noyabr 2023, 19:05

Samuxda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb.

 

Samux rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə, noyabrın 9-u saat 17 radələrində rayonun Burunqovaq kənd sakini, 1986-cı il təvəllüdlü Muraz Abbasovun öldürülməsi barədə prokurorluğa məlumat daxil olub.

 

Araşdırma zamanı 2001-ci il təvəllüdlü Eltac Çələbiyevin rayonun Burunqovaq kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Muraz Abbasova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Samux rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. E.Çələbiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

 

İbtidai istintaq davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?