Modern.az

Balıqçının toruna PUA düşdü - VİDEO

Balıqçının toruna PUA düşdü - VİDEO

11 Noyabr 2023, 09:36

Rusiyanın Rostov vilayətində Azov dənizinə düşən pilotsuz uçuş aparatı (PUA) balıqçının toruna ilişib.

 

Modern.az xəbər verir ki, səhər saatlarında Port-Katon kəndinin 47 yaşlı sakini Taqanroq körfəzində balıq tutmaq istəyib.

 

Məlumata görə, 47 yaşlı kişi toru sudan çıxarmaq istədikdə PUA-nın olduğunu görüb. Balıqçı tapıntı barədə polisə məlumat verdikdən sonra PUA Federal Təhlükəsizlik Xidməti tərəfindən müsadirə olunub.

 

PUA-nın kimə məxsus olduğu və dənizə nə zaman düşdüyü ilə bağlı dəqiq məlumat verilməyib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?