Modern.az

Astarada yaşlı qadını öldürənlər SAXLANILDI

Astarada yaşlı qadını öldürənlər SAXLANILDI

Hadisə

11 Noyabr 2023, 11:42

Ötən gün Astarada yaşlı qadını qətlə yetirməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən Astara rayon sakinləri 1983-cü il təvəllüdlü Məmmədov Elmir Ətrafil oğlu, 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Əkbərov Vüsal Zaid oğlu və Şəmkir rayon sakini, 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Süleymanov Bəhruz Rəşid oğlu saxlanılıblar.

 

Araşdırma aparılır.

 

Qeyd edək ki, noyabrın 10-da saat 16 radələrində Astara rayonunun Kakalos kənd sakini 1946-cı il təvəllüdlü Məmmədova Zeynəb Əziz qızının qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?