Modern.az

40 yaşlı kişi faciəvi şəkildə öldü - FOTO

40 yaşlı kişi faciəvi şəkildə öldü - FOTO

11 Noyabr 2023, 12:54

Bakı-Qazax magistral yolunun Ağdaş rayonundan keçən hissəsində piyadanın ölümü ilə nəticələnən hadisə baş verib.

 

Modern.az xəbər verir ki, rayonun Ləki qəsəbəsinin girişində yük avtomobilinin təkəri çıxaraq yanacaqdoldurma məntəqəsində dayanan 1983-cü il təvəllüdlü Hümbətov Aqil Aydın oğluna dəyib. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.

 

Araşdırma aparılır.

 

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?