Modern.az

Yük maşınından qopan təkər ölümə səbəb oldu

Yük maşınından qopan təkər ölümə səbəb oldu

Hadisə

11 Noyabr 2023, 13:24

Ağdaşda yük avtomobilindən qopan təkər Bərdə sakininə dəyərək onu öldürüb.

 

Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, hadisə rayonun Ləki qəsəbəsinin girişində qeydə alınıb.

 

Belə ki, yük avtomobilinin təkəri çıxaraq yanacaqdoldurma məntəqəsində dayanan Bərdə rayon sakini 1983-cü il təvəllüdlü Hümbətov Aqil Aydın oğluna dəyib və o, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza