Gəncədə ölümlə nəticələn ağır yol qəzası baş verib.
Modern.az xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan “ZİL” markalı yük avtomobili ilə “VAZ 2106” markalı minik avtomobili toqquşub. Qəza zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Hadisə yerində polis əməkdaşları cəlb olunub.
Xəsarət alanlar 2002-ci il təvəllüdlü Zöhrab Hüseynov və 2004-cü il təvəllüdlü Çingiz Mustafayevdir.
Ölən isə Mehdi adlı şəxsdir