Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Modern.az-ın məlumatına görə, Buzovna qəsəbəsində avtomobil yolu keçən 1975-ci il təvəllüdlü Qəhrəmanov Elnur Hüsü oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.