Modern.az

Binəqədidə YANĞIN

Binəqədidə YANĞIN

12 Noyabr 2023, 19:00

Bakı şəhərinin Binəqədi rayonunda hasara alınmış ərazidə taxta və məişət tullantıları 30 m² sahədə yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən xəbərə görə, yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 100 m² olan avtomobil təmiri sexinin lambirdən ibarət tavanı 50 m² sahədə əriyib və sahəsi 600 m² olan talvarın şiferdən ibarət dam örtüyü 20 m² sahədə dağılıb.

 

Sexin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?