Modern.az

Bakı-Ələt yolunda 10 maşın toqquşdu - VİDEO

Bakı-Ələt yolunda 10 maşın toqquşdu - VİDEO

Hadisə

12 Noyabr 2023, 20:46

Bakı-Ələt yolunda zəncirvari qəza baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. 

 

Qəza yolda uzun tıxaca səbəb olub və avtomobillərin hərəkətini çətinləşdirib.

 

Həmçinin, sosial şəbəkələrdə sərnişinlər saatlardır tıxacda qaldıqlarını deyiblər.

 

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.az-a bildirilib ki, bu gün 16 radələrində Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 70-ci kilometrliyində iki nəqliyyat vasitəsi toqquşub:

 

“Hadisə nəticəsində sıxlıq yaranıb. Daha sonra zəncirvari qəza baş verib və ümumilikdə 10-a yaxın nəqliyyat vasitəsi toqquşub. Hazırda əraziyə əməkdaşlarımız cəlb olunublar. Avtomobillərin təhlükəsiz hərəkəti bərpa olunub”.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?