Modern.az

Ata maşını aşırdı - 9 yaşlı oğlu öldü

Ata maşını aşırdı - 9 yaşlı oğlu öldü

13 Noyabr 2023, 09:32

İmişli rayonunda ağır yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə İmişli-Kürdəmir avtomobil yolunun Məmmədli kəndindən keçən hissəsində qeydə alınıb.

 

İlkin məlumata görə, Coşqun Tağıyev sürücülük vəsiqəsi olmadan və sərxoş vəziyyətdə idarə etdiyi VAZ-2107 markalı avtomobillə əks yola çıxaraq ötmə əməliyyatı edib. Bu vaxt o, idarəetməni itirərək avtomobili aşırıb. Nəticədə sürücü C.Tağıyev və avtomobildə olan ailə üzvləri - 1976-cı il təvəllüdlü İnci Tağıyeva, 2009-cu il təvəllüdlü Rəqsanə Tağıyeva və oğlu, 2014-cü il təvəllüdlü Fəxri Tağızadə xəsarət alıblar.

 

F.Tağızadə aldığı xəsarətlərdən İmişli Rayon Mərkəzi Xəstəxanasında ölüb.

 

Faktla bağlı istintaq aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?