Modern.az

Atışma zamanı 3 polis ÖLDÜRÜLDÜ

Atışma zamanı 3 polis ÖLDÜRÜLDÜ

Hadisə

14 Noyabr 2023, 08:42

Meksikanın Zakatekas əyalətində patrul maşınına silahlı basqın nəticəsində 3 polis məmuru həyatını itirib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ştatının baş katibi Rodriqo Reyes Muqerza məlumat verib.

O, hücumda biri qadın olmaqla 3 polisin həyatını itirdiyini bildirərək bu şəxslərin ailələrinə başsağlığı verib.

Baş katib həmçinin hücum edənlərdən 3-nün öldürüldüyünü də bildirib.

Hücum əmri verənlərin tutulması üçün genişmiqyaslı əməliyyata başlanıldığını söyləyən Muqerza cinayəti törədənlərin yaxalanması üçün bütün imkanlardan istifadə edəcəklərini deyib.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir