Azərbaycanlı bloger Tural Məmmədov Rusiyaya ekstradisiya edilib.
Modern.az xəbər verir ki, "Kommersant"ın məlumatına görə, Rusiya Baş Prokurorluğunun tələb etdiyi 18 yaşlı bloger və “Jizn brodyaqi” Telegram kanalının administratoru Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci bəndi (bir qrup şəxs tərəfindən vətəndaşlara qarşı zorakılıq tətbiq etməklə törədilən xuliqanlıq), həmçinin, 282-ci maddə (informasiya və telekommunikasiya şəbəkələrindən istifadə edərək nifrətin qızışdırılmasına yönəlmiş hərəkətlər) ilə məsuliyyətə cəlb olunacaq.
Müstənqiqlər bildiriblər ki, T. Məmmədov dostları ilə birlikdə Sankt-Peterburqun müxtəlif ərazilərində yoldan keçənləri dəfələrlə açıq şəkildə döyüb, baş verənləri videoya çəkib, sonra isə görüntüləri “Telegram”da yerləşdirib.
O, Rusiya hüquq-mühafizə orqanlarından yayındığı üçün məhkəmə barəsində həbs-qətimkan tədbiri seçib. Rusiya Federasiyası Baş Prokurorluğu onu beynəlxalq axtarışa vermişdi.
T.Məmmədov noyabrın əvvəlində Rusiya Federasiyasının tələbi ilə Azərbaycanda saxlanılıb.