Modern.az

Ağdamda narkotacir saxlanıldı

Ağdamda narkotacir saxlanıldı

Hadisə

18 Noyabr 2023, 10:43

Ağdam rayonunda narkotik vasitənin satıṣında şübhəli bilinən şəxs saxlanılıb.


Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.


Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən rayon sakini Nicat Məmmədov saxlanılıb.


Onun yaşadığı ünvanda aparılan axtarış zamanı satıṣ məqsədi ilə sellofan torbalarda və kibrit qutularda qablaşdırdığı, həmçinin, üzərindən narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.


Faktla bağlı Ağdam RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?