Modern.az

Keçmiş həyat yoldaşını bıçaqladı - Şabranda cinayət

Keçmiş həyat yoldaşını bıçaqladı - Şabranda cinayət

Hadisə

19 Noyabr 2023, 18:23

Şabranın Dəvəçi kəndində 38 yaşlı qadın bıçaqlanıb.

 

Modern.az-ın məlumatına görə, 1985-ci il təvəllüdlü Kərimova Aytən Qiyasəddin qızı kürək və ayaq nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri alıb.

 

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

İlkin məlumata görə, hadisə A.Kərimovanın keçmiş həyat yoldaşı tərəfindən qısqanclıq zəminində törədilib.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?