Modern.az

Lökbatanda evdən 14 min manatlıq qızıl oğurlandı

Lökbatanda evdən 14 min manatlıq qızıl oğurlandı

Hadisə

20 Noyabr 2023, 11:32

Qaradağ rayonunun Lökbatan qəsəbəsində evlərin birindən 7900 manat pul və 6000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Seymur İsayev müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?