Modern.az

“Dərnəgül” bazarında güclü yanğın - ÖLƏN VAR

“Dərnəgül” bazarında güclü yanğın - ÖLƏN VAR

Hadisə

23 Noyabr 2023, 07:44

23.11.2023-cü il saat 05:55 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, “Dərnəgül” taxta bazarının ərazisində yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.

 

TƏBİB-dən Modern.az bildirilib ki, hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb.

 

Xəsarət alan yoxdur.

 

Əlavə məlumat veriləcək.

 

***

 

Bakıda inşaat materialları bazarı yanır.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın olması barədə ilkin məlumat daxil olub.

 

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

 

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

 

Əlavə məlumat veriləcək.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal