Modern.az

Bərdədə DƏHŞƏT: Yas mərasimində döşəmə çökdü - Ölən və yaralılar var

Bərdədə DƏHŞƏT: Yas mərasimində döşəmə çökdü - Ölən və yaralılar var

23 Noyabr 2023, 15:22

Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 27 nəfər yerləşdirilib. 

 

Bu barədə Modern.az-a TƏBİB-dən məlumat verilib.

 

1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Müxtəlif növ bədən xəsarətləri və digər şikayətlərlə tibb müəssisəsinin müvafiq şöbələrinə yerləşdirilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib.

 

Vəziyyəti qənaətbəxş hesab olunan 2 nəfər ambulator müalicə üçün evə buraxılıb. Digər şəxslərin müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti orta ağır, 21 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.

 

Əlavə məlumat veriləcək.

 

***

14:28

 

Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər yerləşdirilib.

 

Modern.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

 

Qeyd olunub ki, 1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Digər şəxslərin ümumi müayinələri davam etdirilir.

 

Məlumata görə, ölən şəxs 1958-ci il təvəllüdlü Məmmədova Sarıtrel Abbasəli qızıdır.

***

13:54

Bərdə rayonunun Yeni Daşkənd kəndində keçirilən yas mərasimində bədbəxt hadisə baş verib.

 

Modern.az xəbər verir ki, yas mərasiminə gələn qonaqlar evin ikinci mərtəbəsində olan otaqlardan birində toplaşıblar.

 

Qəflətən döşəmənin çökməsi nəticəsində xeyli şəxs xəsarət alıb.

 

Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

1300609

13006101300611

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?