Modern.az

Prokurorluq Zaqataladakı qətllə bağlı məlumat yaydı

Prokurorluq Zaqataladakı qətllə bağlı məlumat yaydı

Hadisə

24 Noyabr 2023, 11:02

Zaqatalada qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

 

Zaqatala rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, noyabrın 24-ü saat 9 radələrində Zaqatala şəhəri ərazisində 1989-cu il təvəllüdlü Aygün Həşimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Araşdırmalarla 1991-ci il təvəllüdlü Əli Səfərovun şəhərin Həzi Alsanov küçəsində şəxsi münasibətlər zəminində Aygün Həşimovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Əli Səfərov şübhəli şəxs qismində tutulub.

 

Hazırda ibtidai istintaq davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?