Modern.az

Ermənilər kitabxananı silah anbarı kimi istifadə edirmiş...- FOTO

Ermənilər kitabxananı silah anbarı kimi istifadə edirmiş...- FOTO

Hadisə

24 Noyabr 2023, 19:50

Xocalıda kitabxanadan silah-sursat aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Modern.az-a verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Ballıca kəndi ərazisində yerləşən kitabxanadan 3 ədəd 12.7 mm-lik "TŞK" markalı pulemyot, 5 ədəd 12.7 mm-lik "PK" markalı pulemyot, 42 ədəd müxtəlif çaplı "AK" markalı avtomat, 1 ədəd 30 mm-lik "AQS-17" markalı qumbaraatan, 4 ədəd "RPQ-5" markalı qumbaraatan və sayda müxtəlif silahlara məxsus sursat aşkarlanıb.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?