Modern.az

İcra hakimiyyətinin binasında YANĞIN

İcra hakimiyyətinin binasında YANĞIN

Hadisə

27 Noyabr 2023, 00:54

Gədəbəy Rayon İcra Hakimiyyətinin binasında yanğın baş verib.

 

Modern.az xəbər verir, yanğın binanın birinci mərtəbəsində qeydə alınıb.

 

Məlumata görə, kompüter otağında masalar və tavan yanıb. 

 

Əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub və yanğın söndürülüb.

 

Hadisə zamanı xəsarət alan olmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu