Modern.az

Erməni hakerlər Azərbaycan vətəndaşlarına hücum edirlər - FOTOLAR

Erməni hakerlər Azərbaycan vətəndaşlarına hücum edirlər - FOTOLAR

27 Noyabr 2023, 15:44

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən erməni haker qruplarının Azərbaycan vətəndaşlarına qarşı yeni fişinq hücumları müəyyən edilib.

 

Dövlət Xidmətindən Modern.az-a bildirilib ki, müxtəlif teatrlara və tamaşalara saxta bilet satışı həyata keçirən veb-saytlar hazırlayaraq, sosial mühəndislik yolu ilə vətəndaşları aldadaraq, onlara məxsus bank kartı məlumatlarının ələ keçirilməsi və pul vəsaitlərinin mənimsənilməsi üçün yeni metoda əl atırlar.

 

“Vətəndaşları bu cür hallara qarşı ayıq-sayıq olmağa, biletləri yalnız rəsmi satış nöqtələrindən və rəsmi satış veb-saytlarından əldə etməyə çağırırıq”, - deyə açıqlamada qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?