Modern.az

Deputatın nəvəsi tələbəni BIÇAQLADI

Deputatın nəvəsi tələbəni BIÇAQLADI

28 Noyabr 2023, 17:48

Ermənistan parlamentinin hakim partiyadan olan deputatı Qaqik Melkonyanın nəvəsi adam bıçaqlayıb.

Modern.az xəbər verir ki, “Hraparak”ın məlumatına görə, hadisə İrəvandakı Hüquq, İqtisadiyyat və İdarəetmə Kollecində baş verib. Deputatın onun öz adını daşıyan tələbə nəvəsi Qaqik Kareni Melkonyan digər bir tələbəyə bıçaqla xəsarət yetirib.

Xəsarət alan tələbə Qriqor Lusavoriç adına tibb mərkəzinə aparılıb. Dindirilmə zamanı xəsarət alan tələbə hüquq-mühafizə orqanlarının əməkdaşlarına ağacdan yıxıldığını bildirib. Lakin hadisə yerinə gələn polis xəsarəti deputat Qaqik Melkoyanın nəvəsinin törətdiyini müəyyən edib.

Məlumata görə, bıçaqlanma hadisəsindən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları deputatın tələbə nəvəsini tapa bilmirlər.

Artıq hadisə ilə bağlı müvafiq materiallar Ermənistan İstintaq Komitəsinə göndərilib.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Anbaan görüntülər: Kamil Zeynallı belə azadlığa buraxıldı