Modern.az

Zaqatalada nəvə babasını BIÇAQLADI

Zaqatalada nəvə babasını BIÇAQLADI

28 Noyabr 2023, 17:57

Zaqatalada bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, noyabrın 28-də, saat 15:30 radələrində Zaqatala şəhər sakini, 2002-ci il təvəllüdlü Ruslan İbrahimovun onunla eyni ünvanda yaşayan babası, 77 yaşlı Yaşar İbrahimova məişət zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirdiyi bildirilir.

 

Məlumata görə, R.İbrahimov psixi xəstəlikdən əziyyət çəkir.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

 

Faktla bağlı araşdırmalar aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi