Modern.az

Azərbaycanda təbiət hadisəsi GÖZLƏNİLİR

Azərbaycanda təbiət hadisəsi GÖZLƏNİLİR

Hadisə

30 Noyabr 2023, 10:24

Radiasiya və geomaqnit qasırğası gözlənilir.

 

Bu barədə Modern.az-a Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

 

Bildirilib ki, proqnoz günlərində (30 noyabr-03 dekabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir. Tac Kütlə Atılmalarının təsiri ilə enerjisi 2 MeV-dən çox olan elektron selinin yüksək səviyyələrə qalxacağı, 10 MeV-dən çox enerji yüklü proton seli üçün isə S1 səviyyəli radiasiya qasırğası gözlənilir.

 

Qeyd edilib ki, 27-28 noyabrda baş vermiş Tac Kütlə Atılmalarının təsiri ilə bu gün G1 (zəif) səviyyəli geomaqnit qasırğası olması gözlənilir. 1 dekabr tarixində isə aktivliyin artacağı, maqnit qasırğasının G3 (güclü) səviyyəsinə qədər yüksələcəyi, dekabrın ayının 2-də yenidən G1 səviyyəsinə düşəcəyi proqnozlaşdırılır.

 

Dekabrın ilk günlərində geomaqnit sahəsinin aktiv səviyyələrdə olacağı və 5 dekabrda yenidən G1(zəif) səviyyəli geomaqnit qasırğası gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi