Modern.az

Mətbəxdə qazı yandıran qadın YANDI

Mətbəxdə qazı yandıran qadın YANDI

2 Dekabr 2023, 09:37

Goranboy rayonunun Xoylu kəndində qadın ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.

 

Modern.az-ın məlumatına görə, 1979-cu il təvəllüdlü Fərmanova Gülmirə səhər saatlarında mətbəxdə olan qaz sobasını yandırmaq istəyən zaman kiçik partlayış olub.

 

O, hər iki əlin və üz nahiyəsindən yanıq xəsarətləri alıb.

 

Qadın Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib, vəziyyətinin normal olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza