Modern.az

Narkotik çəkib maşın sürən 86 sürücü TUTULDU

Narkotik çəkib maşın sürən 86 sürücü TUTULDU

Hadisə

2 Dekabr 2023, 10:36

Qubada narkotikin təsiri altında avtomobil idarə edən 86 sürücü saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Modern.az-a verilən xəbərə görə, Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı son 4 ay ərzində rayon ərazisində narkotik vasitənin təsiri altında avtomobil idarə edən 86 nəfər saxlanılıb.

 

Bütün faktlarla bağlı RPŞ-də araşdırma aparılıb, toplanmış xüsusatlar baxılması üçün Quba rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə həmin şəxslərin barələrində qanunamüvafiq tədbir görülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?