Modern.az

Şəkidə türk vətəndaşına məxsus “TIR” yandı

Şəkidə türk vətəndaşına məxsus “TIR” yandı

Hadisə

2 Dekabr 2023, 17:24

Şəkidə türk vətəndaşına məxsus “TIR” yanıb.

 

Modern.az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun, rayonun Çayqaraqoyunlu ərazisindən keçən hissəsində baş verib.

 

Belə ki, 1992-ci il təvəllüdlü Alp Büyükkabakcının hərəkətdə olan “TIR” markalı yük avtomobilində anidən yanğın baş verib.

 

Əraziyə Yevlax və Şəki rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğınsöndürən texnikaları və şəxsi heyətləri cəlb olunub.

 

Yanğın zamanı yük avtomobilinin ön hissəsinin yanar konstruksiyaları yanaraq yararsız vəziyyətə düşüb.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi