Salyan şəhərinin N.Babayev küçəsində yerləşən mənzildə kirayə yaşayan 2 hərbçinin meyiti aşkar edilib.
Modern.az xəbər verir ki, onlar dəm qazından zəhərlənərək vəfat edib.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.
Vəfat edən şəxslər Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbçiləri olub.