Modern.az

Qəza zamanı işıqfor sıradan çıxdı - VİDEO

Qəza zamanı işıqfor sıradan çıxdı - VİDEO

Hadisə

4 Dekabr 2023, 11:12

Ötən gün axşam saatlarında 8 Noyabr prospektində (“Asiman” şadlıq sarayının qarşısı) yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Modern.az-a verilən xəbərə görə, qəza nəticəsində 1 ədəd svetofor dirəyi və onun idarəetmə qutusu, eləcə də yolda olan elektrik paylayıcı lövhə sıradan çıxıb. Hazırda yolda sürücü və piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə işlər görülür. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərdən yol nişanlarının tələblərinə və sürət həddinə əməl etməyi xahiş edir.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?