Modern.az

Bakıda ölümlə nəticələnən yol qəzası - VİDEO

Bakıda ölümlə nəticələnən yol qəzası - VİDEO

Hadisə

5 Dekabr 2023, 15:00

Bu gün günorta saatlarında Xətai rayonu, 8 Noyabr prospektində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Bu barədə Modern.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Xəbərə görə, yaxınlıqda, yolun hər iki tərəfində yerüstü piyada keçidi olmasına baxmayaraq yolun hərəkət hissəsindən keçən piyadanı avtomobil vurub.

 

"Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameralarının qeydə aldığı görüntülərdən məlum olur ki, bir çox piyadalar bu yolda olan yerüstü piyada keçidlərindən istifadə etməyib həyatlarını təhlükəyə atırlar", NİİM-dən bildirilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi