Modern.az

Daha bir uşaq qızılcadan ÖLDÜ

Daha bir uşaq qızılcadan ÖLDÜ

Hadisə

5 Dekabr 2023, 17:35

Neftçala rayonunun Aşağı Surra kəndində 10 yaşlı məktəbli qızılcadan ölüb.

 

Modern.az xəbər verir ki, kənd sakini - 2013-cü il təvəllüdlü Əliyeva Samirə Elxan qızı xəstəxanaya çatdırılsa da, həkiməqədər ölüm halı qeydə alınıb.

 

Yaxınlarının bildirdiyinə o, bir həftə əvvəl qızılcaya yoluxub. Ailəsi onu ev şəraitində müalicə etməyə çalışıb. Lakin getdikcə vəziyyəti daha da ağırlaşıb. S.Əliyeva xəstəxanaya aparılan zaman yolda vəfat edib.

 

Onun qardaşı da bir müddət əvvəl qızılcaya yoluxub və sağalıb.

 

Faktla bağlı araşdırma aparılır (report).

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi