Modern.az

Bakıda kişi dəm qazından boğularaq öldü

Bakıda kişi dəm qazından boğularaq öldü

Hadisə

7 Dekabr 2023, 09:38

Bakıda Hacağayev Əşrəf Dadaş oğlunun yaşadığı Binəqədi rayonundakı mənzilində dəm qazından zəhərələnərək ölüb.

 

Modern.az xəbər verir ki, 06 dekabr 2023-cü il tarixdə saat 13:00 radələrində Binəqədi RPİ-nin 6-cı PB- dən rayon prokurorluğuna 18.03.1963-cü il təvəllüdlü Hacağayev Əşrəf Dadaş oğlunun yaşadığı Binəqədi rayonu Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi nömrəsiz fərdi yaşayış evinin hamam otağında dəm qazından boğularaq ölməsi barədə məlumat daxil olub.

 

Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi