Modern.az

Bir gündə ikinci mina partlayışı: Bu dəfə Şuşada...

Bir gündə ikinci mina partlayışı: Bu dəfə Şuşada...

Hadisə

7 Dekabr 2023, 14:02

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, dekabrın 7-si saat 10 radələrində Şuşa rayonu ərazisində elektrik təsəfərrüfat sahəsində çalışan 1987-ci il təvəllüdlü Rahim Həbibovun elektrik xətti çəkərkən mina partlaması nəticəsində sağ ayağının dizdən aşağı hissəsinin amputasiyası xəsarəti alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Hazırda faktla bağlı Şuşa rayon prokurorluğunda araşdırma aparılır.

 

***

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) də Şuşa şəhəri ərazisində baş verən mina hadisəsi barədə məlumat yayıb. ANAMA-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, dekabrın 7-də Şuşa şəhəri yaxınlığında keçmiş erməni postu ərazisində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.


Məlumata əsasən piyada əleyhinə mina partlayışı nəticəsində elektrik təsərrüfat işləri ilə məşğul olan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Həbibov Rahim Şirməmməd oğlu xəsarət alıb.

 

***

 

Dekabrın 7-də saat 11:15 radələrində Şuşa şəhəri Tar sexi ərazisində elektirik təsəfərrüfat sahəsində çalışan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Rahim Həbibovun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Modern.az-a bildirilib ki, həmin şəxs ayağından xəsarət alıb. O polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyyə edilib.

 

Araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi