Modern.az

Prokurorluq dəmir yolundakı ölümü araşdırır

Prokurorluq dəmir yolundakı ölümü araşdırır

Hadisə

9 Dekabr 2023, 12:30

Tovuzda lokomotivin vətəndaşı vurması nəticəsində qeydə alınmış ölüm faktı ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluqdan Modern.az-a verilən xəbərə görə, dekabrın 9-da 1999-cu il təvəllüdlü Tovuz rayon sakini Eldəniz Cəfərovun Böyükkəsik-Bakı dəmir yolunun Tovuz rayonu, Qovlar şəhəri ərazisindən keçən hissəsində qatar vurması nəticəsində qeydə alınan ölüm faktı rayon prokurorluğunda araşdırlır.

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin yaydığı məlumata görə, dekabrın 9-da saat 00:00 radələrində ADY-yə məxsus lokomotiv Tovuz-Qovlar mənzilində hərəkətdə olarkən 1998-ci il təvəllüdlü Tovuz rayonunun Hacıhəsənli kənd sakini Eldəniz İsmayıl oğlu Cəfərov dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib. Maşinist təcili tormozlama aparsa da, toqquşma qaçılmaz olub və həmin şəxs hadisə yerində ölüb.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?