Modern.az

Anasının taksidə qoyub qaçdığı uşaq 3 yaş yarımlıqdır

Anasının taksidə qoyub qaçdığı uşaq 3 yaş yarımlıqdır

Hadisə

9 Dekabr 2023, 15:24

Dünən bir ana öz övladını taksidə qoyaraq qaçıb. Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşım edib.
“Gecəmiz təəssüf ki, rahat keçmədi. Körpənin anası övladını taksidə qoyaraq gedib. O, taksi sürücüsünə su alıb qayıdacağını bildirib. Hazırda körpə sığınacaqdadır”, - deyə M.Zeynalova qeyd edib.
 

Modern.az hadisənin detallarını öyrənmək üçün  “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi ilə əlaqə saxlayıb.


İctimai Birlikdən saytımıza verilən məlumata görə uşaq danışa bilmir:
 

“Ana taksi sifariş edib. Daha sonra taksi sürücüsünə "su almağa gedirəm" deyib. Lakin o, geri qayıtmayıb. Sürücü bir saat gözlədikdıən sonra uşağı Yasamal rayonu 29-cu Polis Şöbəsinə aparıb. 29-cu Polis Şöbəsi uşağı bizə gətirib. Onun heç bir sənədi yoxdur. Uşaq təqribən 3 yaş yarımlıqdır. Danışa bilmir. Hazırda araşdırma gedir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi