Modern.az

Sabirabadda ağır qəza - Yaralılar var 

Sabirabadda ağır qəza - Yaralılar var 

10 Dekabr 2023, 22:31

Sabirabadda yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Qaratoğay kəndi ərazisində qeydə alınıb. Hadisə zamanı Sabirabad rayonu Qaratoğay kənd sakinləri- İradə Kərimova, Zinyət Bağırzadə və Fərziyyə Bağırova müxtəlif dərəcəli xəsarətlər alıblar.

 

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu