Modern.az

Bakının mərkəzində ev yandı, küçədə sıxlıq yarandı - VİDEO

Bakının mərkəzində ev yandı, küçədə sıxlıq yarandı - VİDEO

Hadisə

12 Dekabr 2023, 15:30

Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində mənzil yanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

 

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.

 

 

Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən isə bildirilib ki, yanğın səbəbindən 28 May küçəsində, eləcə də Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər olan yolda sıxlıq yaranıb.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?